Alparslan Türkeş “Cesaret, yüreklilik, atılganlık olmayan hiçbir dâva başarıya ulaşamaz. ”

M.Kemal Atatürk “Milli benliğini bilmeyen milletler başka milletlere yem olurlar...”

ÖZ AYAĞINA ATƏŞ AÇAN” TÜRKİYƏ

Yazar Yeniçağ Tarih Mar 17th, 2009 . Bu Yazıyı RSS 2.0. ile takip edebilirsin

“Eurasia Daily Monitor”: “AKP hökuməti “Nabukko” layihəsi üçün qeyri-real şərtlər irəli sürür”

Türkiyədəki AKP iqtidarının Azərbaycanla münasibətlərdə yaratdığı problem təkcə İrəvanla münasibətlər qurmaq və sərhədləri açmağa hazırlaşmaqla bağlı deyil. Ankara ilə Bakı arasında üstüörtülü də olsa “Şahdəniz” qazının Avropaya nəqli və “Nabukko” qaz kəməri layihəsi ilə bağlı ciddi problemlərin yaşandığı haqda məlumatlar var. Bu problemlər haqda Qərb mətbuatı daha geniş yazır.
“Eurasiya Daily Monitor” internet şəbəkəsinin saytında Vaşinqtondakı Ceymstaun fondunun eksperti Vladimir Sokor tərəfindən yazılan məqalədə deyilir ki, AKP hökuməti Azərbaycan qazının Avropaya çıxışını əngəlləyir və “Nabukko” kəməri layihəsi ilə bağlı qeyri-real şərtlər irəli sürür.
“Türk qardaşlığının sonu?” başlıqlı məqalədə deyilir ki, bu günlərdə Brüsseldə enerji məsələsinə dair keçirilən debatlar zamanı diskussiya iştirakçılarından bir neçəsi Türkiyənin enerji naziri Hilmi Gülərə Azərbaycan qazının Avropaya nəqli üçün qeyri-məqbul şərtlər irəli sürməkdən çəkinməyi məsələhət görüblər. Diksussiya iştirakçıları hesab edirdilər ki, “Nabukko”ya dair danışıqlarda Ankaranın irəli sürdüyü şərtlər bumeranq effekti verərək, onun öz maraqlarına zərbə vura bilər. Londonda yerləşən Avropa İslahatlar Mərkəzinin direktor müavini Katinka Bariş də bildirib ki, Türkiyə “Nabukko”dan Avropa İttifaqına üzv olmaq üçün təzyiq kimi istifadə etməyə çalışsa, öz ayağına atəş açmış kimi olacaq. Bundan bir həftə sonra Ankarada keçirilən konfrans iştirakçıları da Türkiyənin Azərbaycan qazının tranziti üçün qeyri-məqbul şərtlər irəli sürdüyünü deyiblər. ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza da təsdiq edib ki, Ankara ilə Bakı “Şahdəniz” qazının “Nabukko” layihəsi ilə nəqlinə dair razılığa gələ bilmirlər.
Yazını bütöv şəkildə “Yeni Müsavat”ın sabahkı sayında oxuya bilərsiniz.

Fərhad Məmmədov
www.musavat.com

Yorum Yap