Alparslan Türkeş “Cesaret, yüreklilik, atılganlık olmayan hiçbir dâva başarıya ulaşamaz. ”

M.Kemal Atatürk “Milli benliğini bilmeyen milletler başka milletlere yem olurlar...”

DÖVLƏT BAXÇALI QƏZETİMİZƏ MÜSAHİBƏ VERDİ

Yazar Yeniçağ Tarih Şub 25th, 2009 . Bu Yazıyı RSS 2.0. ile takip edebilirsin

MHP rəhbəri: “Yeni Müsavat” Türkiyənin Azərbaycanda əsas təbliğatçısıdır”
Əməkdaşlarımız milliyyətçilərin lideri ilə Türkiyənin Qarabağ məsələsindəki mövqeyi barədə danışıb

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri (genəl başqan) Dövlət Baxçalı qəzetimizin hazırda Türkiyədə olan əməkdaşları Zabil Müqabiloğlu və N.Həsənzadəyə eksklüziv müsahibə verib. Görüş Ankarada, MHP-nin mənzil-qərargahında baş tutub. Görüşdə MHP sədrinin müavini, Türkiyənin millət vəkili Atilla Kaya da iştirak edib.
Cənab Baxçalı əməkdaşlarımızın suallarına ilginc cavablar verib, özünün və rəhbərlik etdiyi partiyanın mövzu ilə bağlı baxışlarını açıqlayıb. Z.Müqabiloğlunun dediyinə görə, D.Baxçalı son iki ildə eksklüziv olaraq Türkiyədə heç bir media orqanına müsahibə verməyib, yalnız bəzən “Ortadoğu” qəzetinə kiçik açıqlamaları olub: “Sayın genəl başqan əməkdaşlarımızı çox isti qarşıladı, Azərbaycanda baş verənləri izlədiyini, ”Yeni Müsavat”ın fəaliyyətindən xəbərdar olduğunu dedi. Dövlət bəy bildirdi ki, “Yeni Müsavat” Türkiyənin Azərbaycanda əsas təbliğatçısıdır. Eyni zamanda, o, Azərbaycandakı dostlarının vəziyyətini soruşdu, dostlara, özəlliklə də “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluna salam göndərdi”.
Daha sonra MHP başqanı əməkdaşlarımızla şəkil çəkdirib və çay süfrəsi arxasında onları maraqlandıran sualları cavablandırıb. D.Baxçalı Qarabağ məsələsindən, Türkiyə-Azərbaycan əlaqələrindən, AKP-nin Azərbaycana münasibətindən, Ermənistana yönəlik siyasəti dəyişmək cəhdindən, Xocalı faciəsindən danışıb. Əməkdaşımızın sözlərinə görə, Türkiyənin ana müxalifət partiyasının lideri həm Türkiyəyə, həm də Azərbaycana önəmli mesajlar verib, siyasət gündəmini dəyişəcək açıqlamalarda bulunub.
Qeyd edək ki, D.Baxçalı Türkiyə baş nazirinin I müavini olub. O, iki dəfə iqtidarda olub, türk dünyasının böyük şəxsiyyəti Alparslan Türkeşin qurduğu MHP-nin genəl başqanı, millət vəkilidir.
MHP sədri ilə müsahibə Yeni Müsavat”ın sabah işıq üzü görəcək sayında çap olunacaq. Ona görə ki, sayın Baxçalı müsahibənin qəzetimizdə dərc olunacaq variantını gözdən keçirəcək.

Görüntüleme Sayısı: 742

Yorum Yap